Sənət 14:16 10.02.2024

Alim Qasımov məşhur yəhudi müğənnini xatırlamadı: "Yadıma düşmür ki..." (VİDEO)

Xalq artisti Alim Qasımov məşhur İsrail müğənnisi Yasmin Levinin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Alim Qasımov Qaynarinfo-ya açıqlamasında Yasmin Levini xatırlamadığını vurğulayıb:

"Yadıma düşmür ki, tələbəm olub, ya olmayıb. Xatırlamıram".
 
Qeyd edək ki, məşhur yəhudi müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Yasmin xanəndənin tələbəsi olduğunu qeyd edib: 

"Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonuna qədər peşman olacağam".

Bahar Rüstəmli