Xəbər lenti

Alim Qasımovdan MaNganın təklifinə cavab
Sənət 09:44 19.01.2026

Alim Qasımovdan MaNganın təklifinə cavab

Türkiyənin məşhur "MaNga” qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib. 

 "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib. 

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Alim Qasımov isə təklifə müsbət yanaşdığını vurğulayıb:

"Təklif gəlsə, yaxşı dəyərləndirərəm. Heç bir problem yoxdur. Amma mövzuya, sözlərə və musiqiyə baxmaq lazımdır.”

Qeyd edək ki, dünən "maNga” qrupun Bakı Konqres Mərkəzində konserti baş tutub.
 
--> -->