Xəbər lenti

Alimlər maska taxmağın daha çox kimə zərər verdiyini öyrəndilər
Sağlamlıq06:05 15.07.2022

Alimlər maska taxmağın daha çox kimə zərər verdiyini öyrəndilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunan kardioloqları pandemiya zamanı tibbi maskalardan kimin daha çox zərər gördüyün müəyyən ediblər. 
Qaynarinfo xəbər veir ki, bununla bağlı nəticələr Avropa Preventiv Kardiologiya jurnalında dərc olunan tədqiqatda açıqlanıb.
Araşdırmada adi siqaret çəkən 40 insan, 40 elektron siqaret istifadəçisi və 40 siqaret çəkməyən könüllü iştirak edib. Eyni zamanda, artıq onun nəticələrinə təsir edə biləcək hər hansı bir xəstəliyi olanlar təcrübədə iştirak etməyiblər.
Bütün iştirakçılar iş günlərində, insanların işdə maskalar taxdıqları və həftə sonları taxmadıqları vaxtlarda karbonmonoksit səviyyələrini ölçüblər. Tədqiqatçılar daha sonra bu səviyyədəki dəyişikliklərin damar funksiyasına necə təsir etdiyini araşdırıblar.
Məlum olub ki, eksperimentdə siqaret çəkməyən iştirakçıların göstəriciləri dəyişməyib, eyni zamanda siqaret çəkənlərdə karbonmonoksidin səviyyəsi iki dəfə artıb, damar markerlərinin miqdarı isə artıb. Alimlər elektron siqaretdən istifadə edənlərdə qan damarlarının daha az zədələndiyini bildiriblər.
Xatırladaq ki, dünən ÜST dünya ölkələrini COVID-19-un yeni epidemiyaları səbəbindən tibbi maskalar taxmağa qayıtmağa çağırıb.
Alpər