Bundesver strukturunda işləyən Almaniya vətəndaşı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Almaniya Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, saxlanılma Almaniyanın qərbindəki Reynland-Pfalz federal əyalətinin Koblenz şəhərində baş verib.
2023-cü il iyulun 27-də həbs qərarı çıxarılıb və avqustun 9-da hüquq-mühafizə orqanları həmin şəxsi saxlayıb, evində və iş yerində axtarış aparıblar. Tomas H. adlı şübhəlinin Bundesverin Silahlar, İnformasiya Texnologiyaları və Tətbiqləri üzrə Federal İdarəsinin əməkdaşı olduğu deyilir.
Baş Prokurorluğun məlumatına görə, həmin şəxs Rusiya diplomatik missiyasına əməkdaşlıq təklifi ilə dəfələrlə müraciət edib və bir dəfə peşə fəaliyyəti zamanı əldə etdiyi məlumatları təqdim edib. O, istintaq təcridxanasına yerləşdirilib.
Aydın