Xəbər lenti

Aprel döyüşlərinə görə Nalbandyan istefa verə bilər
Siyasət17:48 17.06.2016

Aprel döyüşlərinə görə Nalbandyan istefa verə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün erməni qəzetləri xarici işlər naziri Edvard Nalbandyanın istefası ehtimalının yüksək olduğundan yazıblar. ANS PRESS-in məlumatına görə, erməni mətbuatı iddia edir ki, onu bu vəzifədə prezident administrasiyasının rəhbəri Viqena Sarkisyan əvəz edəcək. 
Erməni jurnalist Naira Ayrumyan yazıb ki, Nalbandyan aprel hadisələri zamanı Rusiya Xarici İşlər Nazirliyinin göstərişlərini yerinə yetirməkdə ittiham olunur:
“Onu  Rusiyanın agent şəbəkəsinin bir hissəsi adlandırırlar. Hakim Respublika Partiyasının deputatı Akop Akopyanın dediyi kimi, Rusiya və Ermənistanın "dövlət maraqlarının toqquşması" oldu. Ermənistanın Xarici İşlər Nazirliyinin siyasəti hətta ölkənin idarə edən təbəqənin maraqlarına ziddir. Göründüyü kimi,  özünü çoxdan gözdən salmış nazirin azad olmasının vaxtı çatıb. Nalbandyan çoxdandır ki, eyni vəzifəni icra edir. Yəqin ki, o Rusiyaya deyil, Fransaya səfir təyin ediləcək”. 
Müəllif yazıb ki, aprel hadisələrindən sonra məlum oldu ki, Rusiya müttəfiq deyil və Ermənistanın təhlükəsizliyinin  zamini ola bilməz. 
“Hazırda Ermənistanın bəzi məmurları ölkə xaricində müdirlərinə tabedirlər. Onlar işdə Rusiya Xarici İşlər Nazirliyini tapşırığı yerinə yetirirlər. Aprel hadisələrindən  sonra danışıqların davam etdirilməsini çoxları xəyanət kimi qəbul edirlər. Vyana görüşü İrəvanı "sakitləşdirdi".  Çünki orada atəşkəsin möhkəmləndirilməsi ilə bağlı razılıq əldə olundu. Amma sonra Rusiya Sankt-Peterburqda üçtərəfli görüş haqqında məlumat yaydı. İndi qorxular yaranıb ki, Ermənistan Rusiyanın təzyiqi ilə güzəştə gedə bilər”.
Naira Ayrumyan bildirib ki, erməni hakimiyyətinin daxilində gizli mübarizənin getdiyi hiss edilir: “Bəziləri Rusiyanın maraqlarını irəli çəkir, bəziləri milli maraqları, bəziləri isə ayrı-ayrı qrupların maraqlarını müdafiə etməyə çalışır”.
Qaynarinfo.az