Xəbər lenti

Ararat Mirzoyanın XİN şefi təyin olunması bölgəyə nə vəd edir?
Siyasət10:44 23.08.2021

Ararat Mirzoyanın XİN şefi təyin olunması bölgəyə nə vəd edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan həqiqətən regionda əməkdaşlıq, inkişaf və sülh istəyirsə, Ararat Mirzoyan məhz o şəxs ola bilər. O, Ermənistan, həm də regiona töhfə verə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanda xarici işlər naziri postuna yeni təyinat alan Ararat Mirzoyanın dövründə bölgədə cərəyan edən proseslərin hansı istiqamətdə gedəcəyinə aydınlıq gətirərkən deyib. Həmsöhbətimiz bildirib ki, xələfindən fərqli olaraq Mirzoyan Paşinyanın siyasi xəttini davam etdirəcək:  
"Nəzərə alaq ki, Ermənistanın yeni xarici işlər naziri Nikol Paşinyan komandasının üzvü və siyasi xəttinin davamçısıdır. Ona görə də o, müəyyənləşdirilən xarici siyasi xətdən kənara çıxmayacaq. Ararat Mirzoyan daha çox Türkiyə ilə əməkdaşlıq tərəfdarı kimi təqdim olunur. Mirzoyan Ermənsitanın və baş nazirin siyasi maraqlarını güdərək hərəkət edəcək”. 
Hər halda, politoloqun fikrincə, Ara Abramyandan fərqli olaraq Mirzoyan perspektivdə müsbət və daha dolğun addımlar ata biləcək şəxs kimi görünür:
"Ara Abramyanın korrupsiya və narkotik şəbəkəyə bağlılığı fonunda xaricdə pis imici var idi.  İndiki nazir isə siyasətçi kimi hələlik normal görünür. Ermənistan cəmiyyəti və diplomatik danışıqlar baxımından daha müsbət şəxs imici bağışlayır”.
Rüfət Sultan