Xəbər lenti

Arda Gülər Ronaldo və Runinin nailiyyətlərini təkrarladı
İdman 11:53 03.07.2024

Arda Gülər Ronaldo və Runinin nailiyyətlərini təkrarladı

"Real Madrid"in və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər Ueyn Runi və Kriştiano Ronaldonun Avropa çempionatındakı uğurlarını təkrarlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.

Türkiyəli yarımmüdafiəçi AVRO-2004-dən sonra qitə çempionatında qol vuran və məhsuldar ötürmə edən ilk gənc oyunçu olub. Gülər Avropa çempionatının ilk turunda Gürcüstanla oyunda fərqlənə bilib. Həmin qol ən yaxşı qollar siyahısına daxil edilib. 

Arda həmçinin Avropa çempionatının 1/8 finalında Avstriya ilə qarşılaşmada (2:1) Merih Demirala ikinci qolda assist edib. 

Qeyd edək ki, Gülərin nailiyyətini artıq Avroda assist edən və qitə çempionatının 1/4 finalında Almaniyaya qol vura biləcək ispaniyalı yarımmüdafiəçi Lamin Yamal da təkrarlaya bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->