
11.27. Meydan TV-nin əməkdaşı məlumat verir ki, Arif Yunusun durumu yenidən pisləşib. Eyni zamanda, Leyla Yunus dərmana ehtiyacı olduğunu söyləyib. Hazırda prosesdə sənədlərin araşdırılması gedir.
Bir sıra diplomatlar və APA, virtualaz.org, telegraf.az kimi media qurumları prosesə buraxılandan sonra qalan jurnalistlərə deyiblər ki, zalda yer yoxdur
Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10-da hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi davam etdirilib.
Dünən olduğu kimi bugün də proses yarımqapalı keçirilib.
Bu barədə məhkəmə binası qarşısında olan Meydan TV-nin əməkdaşı xəbər verir ki, proses başlamazdan öncə, məhkəməyə gələn ictimayyət nümayəndələri və jurnalistlərin bir hissəsi məhkəmənin gözləmə zalına buraxılsa da, qalanı çöldə qalıb. Məhkəmə başlayanda isə içəri gözləmə zaılında olanlar da buraxılmayıb.
Qaynar.info