
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çeşli ilə görüşüb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələri, ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, regiondakı və Azərbaycandakı ictimai-siyasi vəziyyət, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub.
Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə ABŞ səfirliyinin Siyasi məsələlər üzrə mütəxəssisi Afaq Cavadova da iştirak edib.
Qaynar.info

