
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Vilyam Lahue və Gürcüstan ofisinin siyasi əlaqələndiricisi Jiri Precliklə görüşüb.
Qaynar.info xəbər verir ki, görüşdə NATO-Azərbaycan əlaqələri, ölkəmizin Avroatlantik strukturlara inteqrasiya perspektivləri, regional münaqişələr və onların həlli yolları müzakirə edilib. Asim Mollazadə ölkəmizin NATO ilə əməkdaşlığının gələcək mərhələlərinə dair fikirlərini qonaqlarla bölüşüb, həmçinin DİP-in fəaliyyəti barədə onlara ətraflı məlumat verib.
Qaynar.info