Xəbər lenti

Asim Mollazadə və Səməd Seyidov ABŞ-a gedir
Siyasət18:24 26.01.2015

Asim Mollazadə və Səməd Seyidov ABŞ-a gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq.
Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar. Səfər fevralın 4-də başa çatacaq.
Qaynar.info