Xəbər lenti

AŞPA prezidenti Azərbaycana gəldi
Siyasət05:20 29.02.2016

AŞPA prezidenti Azərbaycana gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana səfərə gəlib.

Avropa rəsmisi martın 1-dək davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Report xəbər verir ki,  Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. O, bu posta Assambleyanın yanvardakı sessiyasında seçilib. Daha əvvəl isə P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.

Qaynar.info