Xəbər lenti

Avropa Şurasına Azərbaycanla bağlı təklif
Siyasət09:52 25.05.2013

Avropa Şurasına Azərbaycanla bağlı təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Parlamentinin bir qrup deputatı Avropa Şurası Nazirlər Kabinetinə Ermənistanın bu quruma rəhbərlik etdiyi dövrdə Azərbaycan ərazilərinin işğalı ilə bağlı sənəd qəbul etməsini təklif edib.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib.

 Müraciətdə Ermənistanın bu quruma rəhbərlik etdiyi dövrdə Nazirlər Kabinetinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dair sənəd hazırlaması və 6 ay ərzində məlumat verməsi təklif olunub: "Amma mən inanıram ki, heç bir nəticə olmayacaq. Çünki təcrübə göstərir ki, Avropada 5-10 vicdanlı siyasətçi faktlarla nəyisə tələb edəndə onlar da nə isə edirlər. Amma kağız üzərində".

Qaynar.info