Xəbər lenti

Avropanın tanınmış klubundan Mahirə təklif
İdman 10:06 19.06.2026

Avropanın tanınmış klubundan Mahirə təklif

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Cənubi Kiprin APOEL klubunda davam etdirə bilər.

Qaynarinfo Cənubi Kipr mediasına istinadən xəbər verir ki, nikosiyalılar yay fasiləsində 29 yaşlı hücumçunun keçidini reallaşdırmaq istəyir.

Qeyd edilir ki, APOEL rəhbərliyi artıq Mahir Emrelinin klubu "Kayzerslautern"ə rəsmi təklif də göndərib. Almaniya təmsilçisi isə hələlik bu təklifə cavab verməyib. Lakin "Kayzerslautern" rəhbərliyi və futbolçu özü də ayrılığa qarşı deyil. Bu səbəbdən 29 yaşlı forvardın APOEL-ə transferi istisna edilmir.

Mahir Emrelinin xidmətində onun keçmiş klublarından biri olan Almaniya təmsilçisi "Nürnberq" də maraqlıdır. Komandanın baş məşqçisi Miroslav Kloze azərbaycanlı hücumçunu yenidən heyətində görmək istəyir.

Qeyd edək ki, Mahir Emreli indiyədək Azərbaycanın "Bakı", "Qarabağ", Polşanının "Legiya", Xorvatiyanın "Dinamo Zaqreb", Türkiyənin "Konyaspor", Almaniyanın isə "Nürnberq" və "Kayzerslautern" klublarında forma geyinib. Millinin heyətində 60 oyuna çıxan forvard 6 qol vurub.

Aydın
--> -->