Xəbər lenti

Çavuşoğlunun Azərbaycana səfəri təxirə salındı
Siyasət14:56 16.02.2022

Çavuşoğlunun Azərbaycana səfəri təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, Çavuşoğlu bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
Türkiyənin XİN başçısı COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə Azərbaycana planlaşdırılan səfərini təxirə salmaq məcburiyyətində qaldığını deyib.  
Qeyd edək ki, yaxın günlərdə Çavuşoğlunun Azərbaycana səfəri gözlənilirdi. O, bu gün koronavirusa yoluxduğunu açıqlayıb.