
AXCP Saatlı rayon təşkilatı Gənclər Komitəsinin sədri Ənvər Hüseynli həbs olunub.
Ənvər Hüseynlinin atası Ziyafət Hüseynlinin verdiyi məlumata görə, oğlu dünən axşam saatlarında Saatlı Rayon Polis Şöbəsinə aparılaraq saxlanılıb. Bu gün isə Saatlı Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası verilib.
AXCP Saatlı rayon təşkilatı Məclisinin sədri Ziyafət Hüseynli deyir ki, Ənvər Hüseynli inzibati xəta törətməkdə suçlanıb: “O, ictimai yerdə qaydaları pozmaqda ittiham olunsa da, əslində sosial şəbəkədəki fəaliyyəti ilə bağlı tənbeh olunub”.
Ziyafət Hüseynli bildirib ki, məhkəmə qapalı keçirilib. Ənvərin yaxınları, mətbuat prosesə buraxılmayıb, məhkəmə binası polis tərəfindən mühasirəyə alınıb. Onun özü də prosesdə iştirak etməyə cəhd göstərib, amma polis rəisinin müavini Hacı Əhmədov tərəfindən kobudluqla zaldan çıxarılıb.
Qaynar.info