Xəbər lenti

Ayaz Salayevin ”soyunun” çağrışına aktrisalardan cavab gəldi
Sənət15:00 03.08.2015

Ayaz Salayevin ”soyunun” çağrışına aktrisalardan cavab gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naibə Allahverdiyeva: “Bu soyunmaq heç də bizə lazım deyil”

Bəsti Cəfərova: “Sənət naminə soyunmaq olar”

Amaliya Pənahova : “Bu barədə danışmaq istəmirəm”

Münəvvər Əliyeva: “Kimin bədəni yarayırsa soyunsun, şəxsən mənim bədənim soyunmağa yaramır, buna görə də soyuna bilmərəm”

Ayaz Salayev: “İnsan mədəniyyətinin əzəlində çılpaq qadın bədəni dayanır”

Tanınmış rejissor Ayaz Saleyevin bu günlərdə gənc aktrisalara çağırış edərək “Ya soyunub açıq-saçıq səhnələri oynayın,  ya da bu sənətə gəlməyin” deməsi nəinki cəmiyyətdə, eləcə də bir sıra xalq artistləri tərəfindən birmənalı qarşılanmadı. 
Rejissorun bu cür ifadələr işlətməsindən hiddətlənən xalq artisti Ramiz Məlik Fraqment.Az saytına açıqlama verərək, Ayaz Salyevə qarşı sərt ittihamlar səsləndirib:
“Ayaz Salayev, get kilsədə keşişə, özünə ağıl duası oxutdur. Sənə kim ixtiyar verir Azərbaycanın qızlarını əxlaqsız yola çəkirsən? Çəkdiyin 1-2 film heç ekranda göstərilməyib. Bu xalqın milli mentaliteti, yüksək qüruru var. Onların heç biri səndə yoxdur. Otur komanda, dilini qoy qarnına”.
Əməkdar artist Naibə Allahverdiyeva da rejissorun fikri ilə razılşmadığını deyib. Bu barədə “Yeni Müsavat”a danışan aktrisa yalnız məcbur qarşısında qaldıqda soyunmaq lazım olduğunu bildirib:
“Əgər Azərbaycanda yaşayırıqsa, deməli, onun mentaliteti ilə uyğunlaşmalıyıq. Lakin bir fikr də var - səhnə həyatı əks etdirr. Yəni, əgər səhnədə soyunmaq vacibdirsə, səhnənin ideyasına uyğundursa, bunu o halda etmək olar. Lakin şəxsən mən özüm bu məsələyə yaxşı baxmıram. Ən əsası isə cəmyyətimiz bunu qəbul etmir. Məsələn, xaricdə buna heç kim qarşı gəlmir. Lakin hamı bilir ki, bizdə bu qəbul edilmir. Və mən də hesab edirəm ki, bu soyunmaq heç də bizə lazım deyil”.
Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərova sənət naminə soyunan aktrisalara heç də pis münasibət bəsləmədiyini deyib:
“Çox sevindirici haldır ki, gənc qızlarımız universitetimizin aktyorluq fakultəsinə böyük maraq göstərir. 
Hazırda 21-ci əsrdə yaşayırıq, hər gün teatrımız, kinomuz inkişaf edir, yenilənir. Fikrimcə, sənət naminə soyunmaq olar, yəni, mən buna pis münasibət bəsləmirəm”.
Azərbaycan kinosunda ilk dəfə açıq-saçıq səhnələr oynayan aktrisalardan biri olan Amaliya Pənahova isə bu barədə danışmaq istəmədiyini deyib:
“Ayaz Salayevin söylədiyi fikrilərlə tanış deyiləm. O ki qaldı aktrisaların soyunmağına, mən bu barədə danışmaq istəmirəm...”
Daha çox “Qatil” tamaşasından yaddaşlarda qalan, bu tamaşadakı açıq-saçıq səhnələrə görə hətta sənətkarlar tərəfindən də tənqidlərə tuş gələn aktrisa Münəvvər Əliyeva da bu məsələyə münasibət bildirib. Aktrisa səhnə adamı olan qadınların problemlərindən danışaraq od püskürüb:
“Biz sənət adamlarına hələ tələbə olarkən artıq “damğa” vururlar. Hələ heç bir tamaşa oynamdan artıq bilrik ki, cəmiyyət bizə yaxşı münasibət bəsləmir. “Aktrisa xanımla ailə qurmaq olmaz” fikri hələ də mövcuddur. Niyə axı?! Bizim kişilərin gözü hara baxır, niyə onlar bizə bu cür damğa yapşıdırırlar?! Biz aktrisalara yaxınlaşan kişilər eyni söz deyir: ”Bu sənətdən get, səninlə ailə qurum”.
Azərbaycanda bu problem getdikcə həll olunmaqdansa əksinə, davam etməkdədir. Biz sənətə gələrkən çox şeyi qurban veririk. Niyə axı biz qurbanlar verməliyik?! Niyə bu sənətə görə qardaşım mənimlə daima dava etməlidir?! Əgər bu sənətdə heç bir pis iş görməmişəmsə, niyə bu qədər əziyyət çəkməliyəm?!”
Aktrisa rejissor Ayaz Salayevin də fikrinə münasibət bildirib:
“Mən Ayaz Salayevin fikri ilə də razı deyiləm. Yəni, buna isti yanaşa bilmərəm. Lakin aktrisa bu sənətə gələndə ona artıq əvvəlcədən bildirirlər ki, “bax ha, bu sənətdə çox problemlə qarşılaşacaqsan...”
Kimin bədəni yarayırsa, soyunsun. Şəxsən mənim bədənim soyunmağa yaramır, buna görə də soyuna bilmərəm”.
Rejissor Ayaz Salayev ona edilən ittihamlara cavab verib:
“Başa düşmürəm, Ramiz Məlik niyə məni əxlaqsızlıqda ittiham edir? Mənim bir neçə filmim var ki, orda çoxlu sayda açıq-saçıq səhnələr var. Əgər kimsə məni əxlaqsızlıqda ittiham edirsə bunu faktlarla sübut etməlidir. Mənə qarşı tənqidi yazılar olarsa böyük maraqla oxuyaram (gülür).
Artıq vaxt keçdikcə bizim aktrisalar anlayacaqlar ki, bu səhnədə sərhədlər yoxdur, hər şanslı adam səhnəyə dəvət oluna bilər. Nəticədə aktrisalar seçim qarşısında qalacaq - ya soyunmayıb işsiz qalmaq, ya da ki, soyunub sənətə davam etmək”.
Ayaz Salayev xalq artistini “bütpərəst adam” adlandırıb:
“Burda çox maraqlı bir məqam var - bütpərəstlik təfəkkürü. Bütpərəstlik təfəkkürü din təfəkküründən fərqli olaraq “günahdır” sözü ilə “oturub – durmur”. Bütpərəstlər adətən ”ayıbdır” deyirlər. Bu sözü deyənlər hansısa məkanda həmin hərəkətin ayıb olmadığını görəndə özləri də bu cür hərəkət edirlər.
Ümumiyyətlə, insan mədəniyyətinin ən başlıca əzəllərindən biri bəlkə də elə birincisi çılpaq qadın bədənidir. Çılpaq qadın həmişə diqqət və maraq mərkəzindədir . Bu keçmişdə də belə idi, indi də belədir və gələcəkdə də belə olacaq...”
Qeyd edək ki, bu günlərdə “Oda Teatrı”nın 18+ tamaşasında iştirak edən tanınmış rejissor tamaşadan təsirlənərək Aznews.az saytına açıqlama verərək  gənc aktrisalara “soyunun” çağırışı etmişdi:
“Ya səhnəyə çıxıb soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin. Nə qədər ki, səhnəyə çıxıb soyunmayacaqsınız, rejissorlar xaricdən aktrisa gətirəcək. Bizimkilər də onları səhnədə görüb baxa-baxa, yana-yana qalacaq. O, başa düşməlidir ki, aktrisadır və ona verilən obrazı oynamalıdır”.