Xəbər lenti

Aygün Səmədzadənin mahnılarından ibarət konsert (FOTOLAR)
Foto 17:51 12.03.2025

Aygün Səmədzadənin mahnılarından ibarət konsert (FOTOLAR)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, öz bəstələri ilə qəlbləri fəth edən bəstəkar Aygün Səmədzadənin mahnılarından ibarət konsert proqramı baş tutub.

Filarmoniyadan Qaynarinfo-ya verilən məlumata görə, gecədə Xalq artistləri - İlqar Muradov, Eyyub Yaqubov, Teyyub Aslanov, Əməkdar artistlər - Gülüstan Əliyeva, Abbas Bağırov, həmçinin Ayaz Qasımov, Kəmalə Əhmədova, Zaur Gəray, Zəminə Rəhimova, Səttar Qəmbərov, Sehri Əliyeva, Vüsal Hacıyev, Nazim Məmmədov, Emil Bədəlov, Elnaz Eyvazlı, Leyla İdrisova, İlkin Dövlətov və Zabitə, Pəviz Abdullayev, Leyla Rəhimova bəstəkarın sevilən mahnıları ilə çıxış ediblər.

"Tut ağacım”, "Arzular limanında”, "Gecikmiş etiraf”, "Bayatılar”, "Eşq yağışı”, "Peşmanam” və digər mahnılar gəncəlilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->