Xəbər lenti

Sənət 18:02 12.06.2023

"Azdrama"nın yeni direktoru kim olacaq? (İDDİA)

Xalq artisti Azərpaşa Nemətovun vəfatından iki aydan çox vaxt keçməsinə baxmayaraq, Akademik Milli Dram Teatrına direktor təyin edilməyib. 

Qaynarinfo-ya sözügedən teatrdan daxil olan məlumata görə, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin bu vəzifəyə təyin olunması ilə bağlı Mədəniyyət Nazirliyinə təklif verilib.

Məlumatı dəqiqləşdirmək üçün İlham Rəhimli ilə əlaqə saxladıq. İlham Rəhimli Qaynarinfo-ya açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi: "Bu barədə ilk dəfədir sizdən eşidirəm”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrın direktoru Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib. Bir müddət əvvəl Mehriban Ələkbərzadə "Azdrama"ya bədi rəhbər təyin olunsa da, direktor təyinatı edilməyib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->