Xəbər lenti

Azər Ayxan Musavatdan istefa verdi - AÇIQLAMA
Siyasət11:03 02.08.2016

Azər Ayxan Musavatdan istefa verdi - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yeni Musavat" qəzetinin baş redaktoru müavini Azər Ayxan Musavat Partiyasından istefa verib. Qaynarinfo.Az xəbər verir ki, baş redaktor Rauf Arifoğlunun qardaşı bu barədə "Facebook" hesabında yazıb.
"Müsavat Partiyasının rəhbəri Arif Hacılı son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə dediyi təhqiramiz sözlərə, heç bir fakta əsaslanmayan ifadələrə, iftira və böhtanlara görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum Müsavat Partiyasındakı fəaliyyətimi dayandırıram. 
A.Hacılının bu çirkin mövqeyi təkcə R.Arifoğluna qarşı yönəlməyib. O, bu sözləri, böhtan və təhqirləri həm də avtomatik olaraq Rauf bəyin rəhbərlik etdiyi "Yeni Müsavat" media qrupunda çalışan onlarla tanınan imzaya, jurnalist kollektivinə yönəlib. Ən dəhşətlisi isə odur ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi. Belə bir düşüncə daşıyıcısının rəhbər olduğu partiyada qalmaq, fəaliyyət göstərmək əslində demokratiyaya, söz və mətbuat azadlığına, prinsiplərə hörmətsizlik olardı".
Qeyd edək ki, Rauf Arifoğlu Arif Hacılıya dünən qələmə aldığı köşə yazısında cavab verib. Bu gün isə "Yeni Müsavat" qəzetinin yazarı Elşad Paşasoyla qəzetin baş direktoru Ələsgər Süleymanov Musavat Partiyasından istefa verib.
Qaynarinfo.Az