
Ötən gün Türkiyədə siyasi partiyalardan birinin keçirdiyi mitinqdə Azərbaycan respublikasının bayrağı tərsinə dağlağalanıb. Hadisə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Konya şəhərində "Milli dəyərləri qoru və yaşat” adı ilə keçirdiyi aksiyada baş verib. MHP sədri Dövlət Baxçalının da iştirak etdiyi mitinqdə yuxarıya qaldırılan üçrəngli bayrağımız tərs tutulduğundan yaşıl rəng yuxarıda, qırmızı rəng ortada, mavi rəng isə aşağıda qalıb.
Hadisəni sosial şəbəkədə şərh edən MHP üzvləri isə burda qəsd yox, diqqətsizlik və səhlənkarlıq olduğunu qeyd ediblər.
Azərbaycan bayrağının tərs tutulması ilə bağlı səhlənkarlıq daha əvvəl də baş verib. //ANS PRESS