
Azərbaycan Premyer Liqasında ötən mövsüm 14 qol vurmuş Nelson Bonilyanın Portuqaliyanın "Nasional" klubuna keçidi rəsmiləşib.
Qaynarinfo.az xəbər verir ki, "Zirə"nin sabiq hücumçusu ilə 3 illik müqavilə bağlanıb.
O, müqavilədən öncə ötən mövsüm Portuqaliya çempionatını XI pillədə tamamlamış "Nasional"ın prezidenti Rui Alveşlə şəkil çəkdirib.
Qeyd edək ki, "Zirə" Salvador millisinin hücumçusunu Funşal təmsilçisinə müəyyən pul qarşılığında satıb.
Qaynarinfo.az




