Xəbər lenti

Azərbaycan nə üçün minalar xəritəsini Ermənistandan tələb edə bilmir? (ŞƏRH/VİDEO)
Siyasət07:36 08.04.2021

Azərbaycan nə üçün minalar xəritəsini Ermənistandan tələb edə bilmir? (ŞƏRH/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Minalanmış ərazilərin xəritəsi 10 noyabr tarixli üçtərəfli sazişdə nəzərdə tutulmayıb. Bu baxımdan biz bunu bir başa tələb edə bilmərik”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. O bu məsələnin  qarşılıqlı güzəştlərlə həll olunmalı olduğunu vurğulayıb:
"Tərəflər arasında saziş və orada konkret bəndlər var. Ona əməl edilməlidir. Rusiya tərəfi də həmin sazişin icrasına nəzarət edən tərəf olduğu üçün onu hər iki tərəfdən tələb edə bilər”.
Əkrəm Həsənov hesab edir ki, Azərbaycan bu məsələdə Rusiyanın vasitəçiliyindən istifadə edə bilər:
"Rusiya təsir etməlidir ki, xəritələri versinlər. Yox əgər etməyəcəklərsə, Ermənistanın uzunmüddətli sülh yaratmaq fikiri yoxdur. Biz bu məsələni eyni zamanda beynəlxalq aləmə çatdırmalıyıq”.
Bahar Rüstəmli
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=508" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">