Xəbər lenti

Azərbaycan nefti neçəyə satılır? - Yeni qiymət
Ekonomiks 09:51 28.07.2026

Azərbaycan nefti neçəyə satılır? - Yeni qiymət

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.15 dollar və ya 6,96% azalaraq 95.58 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,27 ABŞ dolları və ya 7,4 % azalaraq 91,48 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 90,55 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,39 dollar və ya 11,43% azalaraq 57,26 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,78 dollar və ya 7,91% azalaraq 90,55 dollar/barel təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->