Qaynarinfo xəbər verir ki, klublar heyətlərini gücləndirmək üçün yeni futbolçularla müqavilə bağlayır, bəzi oyunçularla yollarını ayırır, eyni zamanda əsas futbolçularının müqavilələrini uzadır. Transfer dönəmində ən fəal klublardan biri "Qarabağ" olub. Ağdam təmsilçisi artıq yeddi yeni futbolçunu heyətinə cəlb edib, səkkiz oyunçu ilə vidalaşıb.
"Sabah" da dörd yeni transfer reallaşdırıb. Bakı təmsilçisi CAR, Fransa, Portuqaliya və İsraildən futbolçular heyətinə qatıb. Komanda eyni zamanda beş aparıcı oyunçusunun müqaviləsini uzadıb.
"Neftçi" yeni mövsüm öncəsi beş futbolçu transfer edib. "Araz-Naxçıvan" da heyətini beş yeni oyunçu ilə gücləndirib, lakin klubda ayrılıqların sayı daha çox olub – 11 futbolçu komandanı tərk edib.
"Zirə" beş yeni futbolçu transfer edib, doqquz oyunçu ilə yollarını ayırıb. Klub altı futbolçunun isə müqaviləsini yeniləyib.
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Şəfa" da transfer bazarında aktivliyi ilə seçilib. Komanda yeddi yeni futbolçunu heyətinə qatıb, 12 oyunçu ilə vidalaşıb və üç futbolçunun müqaviləsini uzadıb.
"Şamaxı" ən çox ayrılıq yaşayan klublardan biridir. Bölgə təmsilçisini 17 futbolçu tərk edib, əvəzində beş yeni transfer reallaşdırılıb.
"Qəbələ", "Turan Tovuz", "Sumqayıt", "İmişli" və "Kəpəz" də heyətlərində müəyyən dəyişikliklər edib. Hazırda yalnız "Kəpəz" yeni transfer açıqlamayıb.
Yay transfer pəncərəsi davam etdiyindən, növbəti günlərdə Premyer Liqa klublarının heyətlərində yeni dəyişikliklərin olacağı gözlənilir.
"Sabah”
Gələnlər: Eyden Makkarti ("Kayzer Çifs”, CAR), Yunes Laşaab ("Lill”, Fransa, icarə), Junior Almeyda ("Maritimo”, Portuqaliya), Ksander Severina ("Makkabi”, Hayfa, İsrail)
Gedənlər: Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev ("Zirə”), Nicat Mehbalıyev ("Şəfa”), İqor Noqeyra
Müqaviləsi artırılanlar: Velko Simiç, Coy-Lens Mikels, Stas Pokatilov, Tellur Mütəllimov, Patrik Mbina
"Qarabağ”
Gələnlər: Zakaria Savo (son klubu – "Aris” Kipr), Jali Muaddib ("Omoniya” Aradippou Kipr), Samuel Lobato ("Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya”, İspaniya), Martin Zlomisliç ("Riyeka”, Xorvatiya), Renaldo Sefas ("Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi ("Zalaegerseq”, Macarıstan)
Gedənlər: Toral Bayramov ("Bursaspor”, Türkiyə), Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade ("Polesye”, Ukrayna)
Müqaviləsi artırılanlar: Pedro Bikalyo, Bədavi Hüseynov
"Turan Tovuz”
Gələnlər: Dioqo Balau ("Şamaxı”)
Gedənlər: Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov ("Zirə”)
Müqaviləsi artırılanlar: İbrahima Vadji
"Neftçi”
Gələnlər: Rüfət Abbasov ("Şamaxı”), Rza Cəfərov ("Qəbələ”, icarədən qayıdıb), Qustavo Klinsman ("Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peskara”, İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan)
Gedənlər: Vensan Abubakar, Edvin Kuç ("Balkani”, Kosovo), Kristian Kostin, Murad Məmmədov ("Pafos”, Kipr), Cordan Rezabala
Müqaviləsi artırılanlar: Elvin Camalov, Emin Mahmudov, Emil Balayev
"Zirə”
Gələnlər: Amin Seydiyev ("Sabah”), Maykon Kleyton ("Portimonense”, Portuqaliya), Ayxan Hüseynov ("Turan Tovuz”), Vieyrinya ("Olimpiakos”, Nikosiya, Kipr), Hüseynəli Quliyev ("İmişli”)
Gedənlər: Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə ("Varajdin”, Xorvatiya, icarə müddəti bitib), Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov ("Araz-Naxçıvan”)
Müqaviləsi artırılanlar: Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev
"Araz Naxçıvan”
Gələnlər: Luka Dumançiç ("Persis”, İndoneziya), Rəşad Həsənov ("Cəbrayıl”), Alberto Fernandes ("Akritas Xlorakas”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan), Rövlan Muradov ("Zirə”)
Gedənlər: Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov
Müqaviləsi artırılanlar: Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro
"Sumqayıt”
Gələnlər: Xeymes Almeyda ("Pasuş de Ferreyra”, Portuqaliya)
Gedənlər: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı ("Şamaxı”, icarə), Mehdi Cənnətov ("Səbail”)
Müqaviləsi artırılanlar: Emil Mustafayev
"Şamaxı”
Gələnlər: Uğur Cahangirov ("Karvan”), Emin Rüstəmov ("Karvan”), Sənan Muradlı ("Sumqayıt”, icarə), Ceyhun Bağırzadə ("Qəbələ”), Okan Təhməzli ("Qəbələ”)
Gedənlər: Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov ("Şəfa”), Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov ("Neftçi”), Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov, Dioqo Balau ("Turan Tovuz”)
Müqaviləsi artırılanlar: Abdulla Seydəhmədov, Həbib İsmayılov
"İmişli”
Gələnlər: Seyxan Fərəcov (MOİK)
Gedənlər: Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev ("Zirə”), Rafael Vyeqas
Müqaviləni artıranlar: Tuncay Yusifli, İdris İnqilablı, İmam Əli
"Kəpəz”
Gələnlər:
Gedənlər: Rauf Hüseynli ("Şəfa”), Məmməd Hüseynov ("Şəfa”), Fərid Nəbiyev
Müqaviləsi artırılanlar: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska
"Qəbələ”
Gələnlər: Kouya Mabena ("Floriana”, Malta)
Gedənlər: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov ("Stellenboş”, CAR, icarə müddəti bitib), Rza Cəfərov ("Neftçi”, icarə müddəti bitib), Sambu Sissoko ("Valensyen”, Fransa, icarə müddəti bitib), Murad Musayev ("Şəfa”), Adriel Ba Lua, Ceyhun Bağırzadə ("Şamaxı”), Domi Massumu ("Alaşkert”, Ermənistan), Okan Təhməzli ("Şamaxı”)
Müqaviləsi artırılanlar: Seydina Keyta, Səlahət Ağayev
"Şəfa”
Gələnlər: Rauf Hüseynli ("Kəpəz”), Nicat Mehbalıyev ("Sabah”), Arsen Ağcabəyov ("Şamaxı”), Murad Musayev ("Qəbələ”), Məmməd Hüseynov ("Kəpəz”), Vlad Pop ("Unirea Sloboziya”, Rumıniya), Andrey Draqu ("Unirea Sloboziya”, Rumıniya)
Gedənlər: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov
Müqaviləsi artırılanlar: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli
Aydın
Şərhlər