Xəbər lenti

Azərbaycan Prezidenti İtaliyada səfərdədir (FOTOLAR)
Siyasət13:45 19.02.2020

Azərbaycan Prezidenti İtaliyada səfərdədir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gedib.
Qaynarinfo xəbər verir ki, Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşılayıblar.