Xəbər lenti

Azərbaycan-Türkiyə-Ermənsitan formatı mümkündürmü?
Siyasət11:47 12.12.2022

Azərbaycan-Türkiyə-Ermənsitan formatı mümkündürmü?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa İttifaqının tədbirlərində iştirak etməklə Bakı Brüsselin ədalətli mövqe nümayiş etdirməsinə nail olmaq istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakına münasibət bildirərkən deyib. Politoloqun fikrincə, Azərbaycan bütün beynəlxalq səviyyələrdə yer almalı və haqq səsini çatdırmalıdır: 
"Azərbaycan Şərq Tərəfdaşlığı Proqramının üzvüdür. Bu yöndə hələlik Azərbaycanla Avropa Birliyi arasında hüquqi qüvvəyə minəcək assosiativ müqavilə imzalanmayıb. Doğrudur, məlumata görə, bəndlərin 90 faizi razılaşdırılıb. Ancaq Azərbaycanın bəzi maraqlarını təmin etməyən məsələlərlə bağlı olaraq müqavilənin imzalanması prosesi ləngiyir. Bu səbəbdən Azərbaycan xarici işlər nazirinin həmin prosesdə iştirak etməsi təbiidir. 
Azərbaycanın tərk etdiyi istənilən tribuna düşmən Ermənistan tərəfindən doldurulur. Ona görə də, Azərbaycan bütün beynəlxalq səviyyələrdə yer almalı və haqq səsini çatdırmalıdır. Azərbaycanın təklif etdiyi sülh sənədilə yanaşı, Rusiyanın təklif etdiyi sənəd də var ki, Bakı ondan imtina edib. Ona görə də bundan sonra proses ikili müstəviyə daşımalıyıq. Bu kontekstdə Aİ-nin fikrində də müəyyən dəyişiklik var. Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar İstanbulda olarkən Azərbaycan-Ermənistan münasibətlərinin çözülməsi prosesinə Türkiyənin qatılmasını təklif edib. Bu da Azərbaycan-Türkiyə-Ermənsitan olmaqla yeni bir üçlü format deməkdir. 
Görünür, Aİ prosesin məhz bu formatda çözümü daha əhəmiyyətli hesab edir. Çünki Türkiyənin prosesdə ciddi təsir imkanlarının olduğunu bilirlər. Bu da ölkəmizə imkan verir ki, Rusiya-Qərb qarşıdurması kontekstində çarpaz atəş altında qalmayaq. Ona görə də, Aİ-nin bu tədbirlərində iştirak etməklə Brüsellin ölkəmizin yanında olmasına çalışırıq”.
Rüfət Sultan