Xəbər lenti

Azərbaycan və Ermənistan nümayəndələri nə vaxt görüşəcək? (AÇIQLAMA)
Siyasət10:41 30.06.2022

Azərbaycan və Ermənistan nümayəndələri nə vaxt görüşəcək? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş mümkündür".
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqroyan brifinqdə deyib.
"Bizdə məlumat var ki, belə bir görüşün yaxın vaxtlarda keçirilməsi mümkündür. İndi məsələ müzakirə olunur", deyə Qriqoryan bildirib.
Onun sözlərinə görə, Moskva və Brüsseldə Azərbaycanla 4 əsas məsələ müzakirə olunub: "Bunlar humanitar məsələlərdir ki, burada əsas rolu məhbusların (əsirlərin-red.) qaytarılması, itkin düşənlər haqqında məlumatların toplanması oynayır. İkincisi, kommunikasiyaların açılması, sonra delimitasiya və demarkasiyadır. O cümlədən Dağlıq Qarabağ probleminin həlli müzakirə edilir".
Aydın