
Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü keçirilib.
Qaynar.info xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib.
Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi də aparılıb.
Qaynar.info