Xəbər lenti

Azərbaycan və Gürcüstan ümumi sərhədin 70%-ni razılaşdırıb
Siyasət13:50 30.12.2023

Azərbaycan və Gürcüstan ümumi sərhədin 70%-ni razılaşdırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan və Azərbaycan ümumi sərhədin 70%-i barədə razılığa gəliblər.
Qaynarinfo xəbər verir ki, bunu Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.
Parlamentari bu prosesin nə vaxt başa çatacağını söyləməkdə çətinlik çəkib, lakin müsbət gözləntilər var. O qeyd edib ki, sərhədin qalan 30%-nin razılaşdırılması istiqamətində işlər aparılır.
"Sərhədin 100%-i razılaşdırılmayana qədər delimitasiya sazişi imzalanmayacaq", deyə Samxaradze qeyd edib.
Qeyd edək ki, Gürcüstan-Azərbaycan dövlət sərhədinin ümumi uzunluğu 440 kilometrə yaxındır.
Aydın