Xəbər lenti

Azərbaycanda Birinci və İkinci Liqaların loqoları təqdim olundu (FOTOLAR)
İdman06:17 14.08.2023

Azərbaycanda Birinci və İkinci Liqaların loqoları təqdim olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan I və II Liqalarının loqoları bəlli olub. 
 
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, liqaların sıralamasına uyğun olaraq ana xətdə rum rəqəmləri ilə 1-ci və 2-ci sıra sayları ifadə edilib. Burada həm də sıra saylarının çempionatları göstərən Liqa sözünün baş hərfinin (L) tamamlanmasında iştirak etdiyini görmək mümkündür.
1-ci və 2-ci sıra sayları və L hərfi arasındakı məsafə komandaların yüksəlişə (yüksək liqaya) doğru yoluna işarədir. Yolun konturları isə həm də qələbə üçün üz-üzə gələn iki tərəfi – klubları ehtiva edir.
Futbolçunun silueti oyunların əvəzolunmaz hissəsinin nümayişi ilə yanaşı, topa başla zərbə vuran futbolçu "İ” hərfinin obrazlı şəkildə təsviridir.


Səbuhi Həsənov