Xəbər lenti

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı qayda dəyişir
Siyasət11:28 06.12.2017

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı qayda dəyişir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.