Xəbər lenti

Azərbaycanda QİÇS-ə yoluxanlarla bağlı dəhşətli statistika
Sağlamlıq13:25 26.03.2019

Azərbaycanda QİÇS-ə yoluxanlarla bağlı dəhşətli statistika

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndiyədək Azərbaycanda İİV infeksiyasından 969 nəfər dünyasını dəyişib, 7408 nəfər isə daşıyıcıdır.
Bu barədə bizimyol.info-ya Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova bildirib.
O deyib ki 1987-2018-ci illərdə müşahidə dövründə 7408 nəfər qeydiyyata alınıb. Onlardan 6538 (97%) nəfəri Azərbaycan vətəndaşıdır.
Bu ilin yanvar ayına olan məlumata görə, İİV-lə yaşayan insanların 6193 nəfərin 4028 (71%) nəfəri kişi, 1633 (29%) nəfəri qadındır. Onların 80,7 faizi 25-49 yaş qrupuna aiddir. 2 faizi isə 17 yaşa qədər olan uşaqlardı.
Mərkəzin rəsmisi onu da bildirib ki, 25 faiz İİV QİÇS mərhələsindədir.