Xəbər lenti

Azərbaycanın minifutbol millisi bu gün İtaliya ilə üz-üzə gələcək
İdman09:52 29.05.2026

Azərbaycanın minifutbol millisi bu gün İtaliya ilə üz-üzə gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək.
"Tipos Arena"da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.
Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib - 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.