Xəbər lenti

Azərbaycanın Qarabağla bağlı ən çox narahat olduğu məsələ... (ŞƏRH)
Siyasət09:19 11.01.2021

Azərbaycanın Qarabağla bağlı ən çox narahat olduğu məsələ... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü çox vacibdir, amma nəticələr necə olacaq, ciddi nəticələr gözləmək olarmı, sualına cavab vermək o qədər də asan deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, görüşdə əsasən kommunikasiyaların açılması məsələləri müzakirə olunacaq:
"Çünki Ermənistanın baş naziri Moskvaya müxalifətin təzyiq altında çox çəkingən vəziyyətdə gedib. Ona görə də müzakirə ediləcək məsələlərin siyahısını genişləndirmək, yaxud da hər hansı bir sənədlə bunları təsdiq etmək çətin olacaq. Sənədlərin imzalanması məsələsi mümkünsüz görünür. Amma Ermənistan Baş nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə əsasən kommunikasiyaların açılması məsələləri müzakirə olunacaq. Kommunikasiyalar dedikdə Azərbaycandan Ermənistana gələn, həm də Ermənistandan Azərbaycana gələn, xüsusi ilə də Mehri dəhlizinin açılması məsələsi müzakirə edilib qərar qəbul olunacaq".
Qabil Hüseynli deyir ki, bu, Ermənistana hamıdan çox vacibdir:
"Amma eyni zamanda digər ölkələr üçün də lazımdır. Azərbaycan tərəfi səfərə getməmişdən öncə prezidentin keçirdiyi müşavirədə sülhməramlılar, Azərbaycan ərazisində erməni qoşunlarının qalması ilə bağlı məsələlərə toxunub və bildirmişdi ki, əgər onlar qısa müddətdə ərazilərdən çıxarılmasa, Azərbaycan anti-terror əməliyyatları keçirəcək və özü bunun öhdəsindən gələcək. Eyni zamanda sülhməramlıların da öz səlahiyyət hədlərini aşması barədə eyham vurdu. Yəqin ki, bunlar da müzakirə olunacaq. Azərbaycanın ən çox narahat olduğu məsələ Laçın koridorundan Xankəndiyə istəlinən adamın, məsələn, Fransa senatının nümayəndələrinin, Ermənistanın xarici işlər nazirinin, Ermənistandan olan çağırışçıların maneəsiz ötüb keçməsidir. Ona görə də prezident Azərbaycanın Laçın koridoruna giriş olan nəzarət buraxılış məntəqəsində Azərbaycan sərhədçilərinin olmasını tələb edəcək".
Politoloq qeyd edib ki, bütövlükdə bu görüşdə gələcək sülh şərtlərinin baza prinsiplərinin ümumi ana xətləri də müzakirə oluna bilər.
Bahar Rüstəmli