Aprelin 29-dan etibarən Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
XİN bildirib ki, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:
"Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24
Telefon: +380 44 484 69 40
Faks: +380 44 484 69 32
Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:
Müraciətlərin qəbulu - 10:00-13:00
Hazır sənədlərin verilməsi - 15:00-18:00
Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.
Vətəndaşların diqqətinə çatdırırılır ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin diqqətə çatdırılır ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycanda verilmən sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil".
09.31
Səfir Elmira Axundova Azərbaycan səfirliyinin Kiyevdə işini tam həcmdə nə vaxt bərpa edəcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Elmira Axundova APA-ya açıqlamasında səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidini ifadə edib.
"Ümid edirik ki, səfirlik Kiyevdə fəaliyyətini tezliklə bərpa edəcək", - səfir vurğulayıb.
Elmira Axundovanın sözlərinə görə, "Xəmsə” adlı heykəltəraşlıq kompozisiyası Xarkovdan Kiyevə təxliyə edilib.
Səfiri deyib ki, bir il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə tanımış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Katib Məmmədov Nizami Gəncəvinin "Xəmsə” heykəltəraşlıq kompozisiyasını hazırlamağa başlayıb:
"Həmin möhtəşəm heykəl bu ilin yazında Kiyevin mərkəzində, Taras Şevçenko Universitetinin Nəbatat bağında quraşdırılmalı idi. Lakin müharibə bütün planları pozdu. Beləliklə, ötən günlərdə biz bu şah əsəri güclü bombardman altında olan Xarkovdan Kiyevdə daha təhlükəsiz yerə daşıya bildik. Kiyev meri, dostumuz Vitali Kliçkoya və Taras Şevçenko adına Milli Universitetinin rektoru Vladimir Buqrova göstərilən köməyə görə təşəkkür edirəm. İnanırıq ki, tezliklə silahlar susanda bu abidə Ukraynanın paytaxtında öz layiqli yerini tutacaq".
Şərhlər