Xəbər lenti

Azərbaycanlı deputat maaşını Somaya bağışladı
Siyasət18:30 17.05.2014

Azərbaycanlı deputat maaşını Somaya bağışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin populyar “Radikal” qəzeti xüsusi material dərc edib

Türkiyənin ən populyar qəzeti “Radikal”ın saytı azərbaycanlı millət vəkili Qənirə Paşayevadan yazıb. 

Musavat.com-un məlumatına görə, qəzet Qənirə Paşayevanın millət vəkili məvacibinin Qızıl Aypara Cəmiyyətinin xətti ilə Soma faciəsi qurbanlarının ailəsinə bağışlamasından yazıb. “Radikal” həmçinin bildirib ki, Qənirə Paşayevanın bu addımına Azərbaycanın digər millət vəkilləridən də dəstək gəlib.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva "Facebook" səhifəsində "Hər kəsi imkanları daxilində Somaya yardım aksiyasına qoşulmağa çağırırıq" devizi ilə status paylaşıb.

Xatırladaq ki, mayın 13-də axşam Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın minlərlə adamın ölümü ilə nəticələnib.

Qaynar.info