Xəbər lenti

Azərbaycanlı İsveçdə yüksək vəzifəyə seçildi
Siyasət06:22 04.09.2019

Azərbaycanlı İsveçdə yüksək vəzifəyə seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İsveç Krallığının Partille bələdiyyə məclisinin qərarı ilə Turan Əliyev 2020- 2023-cü illər üçün Göteborq bölgə məhkəməsinə jüri üzvü seçilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. 
Onun sözlərinə görə, məhkəmə Göteborq, Öckerö, Harrida, Kungalvs, Mölndals və Partille bələdiyyələrində 779.833 nəfər sakini əhatə edir: 
"İsveç məhkəmə sistemində jüri üzvləri siyasi partiyalar tərəfindən namizəd göstərilir, bələdiyyə məclisi tərəfindən qəbul olunur. Lakin bu, siyasi vəzifə sayılmır. Məhkəmə prosesində 3 jüri üzvü və 1 hakim qərarın verilməsində bərabər hüquqa və səs haqqına malikdirlər". 
Əziz oğlu Əliyev 1983-cü ilin 22 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndində ziyalı ailəsində anadan olub.