Xəbər lenti

Azərbaycanlı müğənni 40 illik arzusuna çatdı - FOTO
Maqazin08:12 09.04.2017

Azərbaycanlı müğənni 40 illik arzusuna çatdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Fədayə Laçın 40 illik arzusuna çatıb. "Qayanr" axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "10-dan sonra" verilişində deyib. 
O bildirib ki, uzun illərdən sonra xalq artisti Zeynəb Xanlarova ilə görüşə bilib: "Uşaqlıqdan içimdə bir həsrət var idi ki, Zeynəb Xanlarovanı yaxından görüm. Onu görmək, qarşısında mahnı oxumaq eşqi ilə ürəyim çırpınırdı. Bir dövlət tədbirinə dəvət aldım, 40 ildən sonra onu görə bildim. Onun qarşısında mahnı da oxudum. Repertuarımda onun mahnıları da var. Məclisdə mən canlı oxumaq istədim, amma icazə vermədilər. İki fonoqramla mahnı oxudum, prodüser yaxınlaşıb dedi, Zeynəb xanım davam etməyini istəyir. Mən də onun mahnılarını canlı səsləndirdim".
Azərbaycanlı
Azərbaycanlı
Qaynar.Az