Xəbər lenti

Azərbaycanlı zabitin cəsədi tapıldı
Ölkə 22:51 08.01.2025

Azərbaycanlı zabitin cəsədi tapıldı

Rusiya ordusunda xidmət edən azərbaycanlı zabitin meyiti tapılıb.


Qaynarinfo Publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Məhəmmədqulu Sabir oğlu Səmədov bu ilin avqust ayında itkin düşüb. Onun haqqında xəbər almaq mümkün olmayıb.


1967-ci ilin iyun ayının 21-də Salyan rayonunda anadan olmuş kəşfiyyatçı zabitin meyiti bu gün tapılıb. Onun nəşinin Rostov vilayətindəki morqda olması məlum olub.


Qeyd edək ki, həlak olan həmyerlimiz "Sibir Mamed" ləqəbi ilə tanınıb.



--> -->