Xəbər lenti

Azərpaşa Nemətov vəfat etdi
Sənət 17:48 09.04.2023

Azərpaşa Nemətov vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru, xalq artisti Azərpaşa Zəfər oğlu Nemətov dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb. 18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü seçilmişdir. 31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmişdir. 6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilmişdir.

Allah rəhmət eləsin.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->