Xəbər lenti

Azərpaşa Nemətovun yerini kim tutacaq?
Sənət 14:08 13.04.2023

Azərpaşa Nemətovun yerini kim tutacaq?

"Azərbaycan Teatr Xadimləri İttifaqına sədr 2024-cü ildə seçiləcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov deyib.
 
O, həmin müddətə kimi ittifaqın sədr vəzifəsini özü idarə edəcəyini bildirib: "2024-cü ildə konfrans keçirilməlidir. Konfrans 5 ildən bir keçirilir. Həmin konfransda sədr seçilməlidir. Həmin vaxta kimi bu vəzifəyə seçkinin keçirilməsi qeyri-mümkündür. Ancaq o vaxta qədər sədri əvəz edən müavini olacaq”. 

Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqına sədri Xalq artisti Azərpaşa Nemətov idi. O, bu vəzifəyə 1996-cı ildə  seçilib. Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->