Video 19:56 26.11.2023

Bağçanın ərazisini satıb bina ucaldacaqlar? (VİDEO)

Mingəçevirdə yerləşən səkkiz saylı körpələr evi-uşaq bağçası qəzalı duruma düşdüyündən hələ iki il əvvəl uşaqlar və kollektiv şəhərdə yerləşən yeddi nömrəli bağçaya köçürülüb.

Sakinləri isə narahat edən tərbiyə müəssisəsinin yararsız vəziyyətdə olması ilə yanaşı, burada bina tikiləcəyi ilə bağlı yayılan xəbərdir.

Şikayətçilər bildiriblər ki, burada uşaqların oynaması üçün yer yoxdur, hər tərəfdən maşınlar gedib-gəlir. Bağça olsaydı, həm uşağa, həm də bizə rahat olardı.

Həmçinin tərbiyə müəssisəsinin bir müddətdir bağlı qalması valideynləri çətin vəziyyətə salıb.

Onlar bu səbəbdən uşaqlarını uzaq məsafədə yerləşən bağçaya aparmaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbəqədər təhsil müəssisəsinin binası heç bir quruma satılmayıb. Bununla bağlı yayılan fikirlər həqiqəti əks etdirmir.

Qurumdan o da bildirilib ki, Mingəçevir şəhər səkkiz nömrəli körpələr evi-uşaq bağçasının növbəti illərdə dövlət investisiya proqramına daxil edilməsi və təmir-tikintisi planlaşdırılır.

Ətraflı Baku TV-nin süjetində: