Xəbər lenti

Bakı - ermənilərin “tarixi şəhəri”...
Hüseynbala Səlimov
Siyasət08:05 17.08.2020

Bakı - ermənilərin “tarixi şəhəri”...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Cəmi bir neçə ay bundan əvvəl, gündən-günə güclənən ağır pandemiyaya baxmayaraq, ermənilər oyuncaq DQR-in yeni seçilmiş "prezidenti”nin inauqurasiya mərasimini Şuşada keçirirkən biz dərhal qeyd etmişdik ki, Paşinyan hökuməti və Dağlıq Qarabağ separatistləri növbəti təxribat hazırlayır, çünki onlar özlərinin oğru yığıncaqlarını – "sxodka”larını Xankəndidə də keçirə bilərdilər.
Amma onlar Şuşanı – bütün Qarabağın incisini heç də təsadüfən seçmədilər. Məsələ bundadır ki, Şuşa da işğal olunmuş Azərbaycan rayonları sırasına aiddir, hansıları ki, ermənilər qeyd-şərtsiz, irəlicədən hər hansı bir şərt irəli sürmədən azad etməlidirlər.
Amma başabəla ermənilər demək olar ki, lap Dağlıq Qarabağ danışıqlarının ilk mərhələlərindən ona can atırlar ki, Şuşa danışıqların predmeti olmasın, o, necə deyərlər, danışıqlar prosesinin "mötərizəsi” xaricinə çıxarılsın.
Bu, yetərincə tanış taktikadır. Ermənilər də Şuşanı Dağlıq Qarabağın "vahid və bölünməz paytaxtı” elan etmək istəyirlər, necə ki, İsrail bunu Qüdsə tətbiqən etdi, baxmayaraq ki, bu, bir o qədər də uğurlu müqayisə deyil. Amma onlar bunu etməyə hazırlaşırlar ki, təkcə dünya birliyi yox, həm də Minsk Qrupunun həmsədrləri məsələyə "anlayışla” yanaşsınlar.
Odur, eşidəndə ki, Dağlıq Qarabağ separatistləri özlərinin inzibati idarələrini guya artıq Şuşaya köçürürlər, biz buna qətiyyən təəccüblənmədik. Ona görə ki, əksinə, biz belə bir perspektivə hazır olmalıyıq ki, bu ilin sonu və bütün növbəti il çox gərgin olmağı vəd edir, özü də təkcə Dağlıq Qarabağ planında yox. Məslən, artıq növbəti ildə vaxtilə sovet Rusiyası ilə Türkiyə arasında Naxçıvanla bağlı bağlanmış məşhur sazişin 100 ili tamam olur.
Bəs burada maraqlı olan ən əsas detal nədir? Q.Njde kimi faşist tulalarına böyük heykəllər qoyan ermənilər qeyd etdiyimiz sazişi Ribbentrop-Molotov paktı ilə müqayisə edir və hətta tələb edirlər ki, ruslar bir neçə il bundan əvvəl Ribbentrop-Molotov paktından imtina edib dünya birliyi qarşısında buna görə üzr istədikləri kimi, Naxçıvanla sazişdən də imtina etsinlər.
Biz daim qeyd edirik ki, ermənilərin fantaziyasının hüdudları yoxdur, əgər bu başabəla tarixçilər və siyasətçilər öz müsahibələrində min illər bundan əvvəlin hansısa "faktlar”ına istinad edirlərsə, hətta qədim Roma dövrünün siyasi coğrafiyasını yada salırlarsa, təəccüblənməyə dəyərmi ki, bu adamlar belə həyasızlıqla cəmi yüz il bundan əvvəlki reallıqlarla spekulyasiya edirlər?..
Son vaxtlarda biz buna MDB-nin Aşqabad sammitində, Münhen konfransının panel müzakirələrində bir daha əmin olduq. Eyni hal cəmi bir neçə gün bundan əvvəl, N.Paşinyan BBC-nin müxbirinə müsahibə verərkən baş verdi. Aydın deyil ki, bizim qarşımızdakı kimdir? Siyasətçi, yoxsa ki, başabəla arxeoloq?
Hamıya çox yaxşıca məlumdur ki, birincisi, öz təhsilinə görə Paşinyan heç də tarixçi deyil və onun tarix üzrə "bilikləri” bir sıra başabəla erməni publisistlərinin sicilləmələrinə əsaslanır.
İkincisi, hətta min il bundan əvvəlin hansısa "faktları”ı müasir problemlərin müzakirəsi zamanı arqument ola bilməz, ona görə ki, son min il ərzində planetin etnik-milli mozaikası bəlkə də min dəfə dəyişib.
Məsələn, hazırda Şimali və Cənubi Amerikanın əsas əhalisini keçmiş avropalı miqrantların övladları təşkil edir. İndi dünya birliyi nə etməli, bir sıra məsələlərin müzakirəsi zamanı hansı qərarı verməlidir? İspanları, ingilisləri və fransızları yenidən gəmilərə mindirib Avropaya sürgün etməlidirlərmi? Razılaşın ki, adam hətta bunu düşünmək istəmir, çünki o qədər gülünc bir nəticədir ki...
Üçüncüsü, hətta həqiqi tarix də, hamıya məlum olan çox dəqiq faktlar belə nəinki ermənilərin nağıllarını təsdiq etmir, əksinə onların yalanlarını ifşa edir – elə buna görə də ermənilər daim akademik - tarixi müzakirələrdən qaçırlar.
Bəli, bizə belə xalqla qonşu olmaq nəsib olub. Ona görə də təəccüblənmək lazım deyil. Əksinə biz daim bilməliyik ki, faktları saxtalaşdırmaq, onları təhrif etmək və açıq şəkildə yalan danışmaq bu xalqın təkcə siyasətçilərinin və diplomatlarının xasiyyəti deyil, onların hətta ziyalıları da belə edirlər.
Əgər onlar tarixi hamıya çox yaxşı məlum olan Rusiyaya belə ərazi iddiaları irəli sürürlərsə, buna təəccüblənməyə dəyərmi? Üstəlik, heç də sirr deyil ki, məhz Rusiya bunları himayə edir, bunların geosiyasi ambisiyalarına dəstək verir! Fəqət, bəlkə də Kremldə hələ bilmirlər ki, Ermənistan hətta onların da ərazilərinə iddia edir.
Bu psevdo-dövlətlə adi və ideoloji müharibəni udmaq üçün ən kiçik imkanları belə əldən verməməliyik ki, ona ciddi bir zərbə vura bilək, ona görə ki, bu adamlarla başqa dildə danışmaq mümkün deyil. Əgər onların axmaq oyunlarını cavabsız qoysaq, onlar nəinki Şuşanı özlərinin oyuncaq DQR-inin "paytaxtı” elan edəcək, nəinki Kəlbəcər rayonunda Suriyanın və Livanın ermənilərini yerləşdirəcəklər, hətta bir gün deyəcəklər ki, bəs Bakı da bizim "tarixi şəhər”imizdir...