Bakı Uşaq və Gənclər Teatrı mart ayının repertuarını açıqlayıb.
Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, kollektiv bu ay ərzində 6 tamaşa ilə çıxış edəcək.
"Zəhrimar”, "Göyçək Fatma”, "Keçəlin kələyi”, "Əyriqulaq dovşan”, "Qucaqla məni” tamaşaları teatrın direktoru və rejissoru İntiqam Soltanın, "Danışan gəlincik” tamaşası isə İlhamə Əhmədovanın quruluşunda təqdim olunacaq.
Kollektiv Novruz bayramı ilə əlaqədar olaraq "Keçəlin kələyi” tamaşasını təqdim edəcək.
Bahar