“Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.
“Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, - deyə nazir müavini qeyd edib.
Qaynarinfo.az