"Barselona" ilə İlkay Gündoğan arasında "2+1” sxemi üzrə müqavilə imzalanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə futbol dünyasının aparıcı insayderi Fabritsio Romano məlumat yayıb.
"Mundo Deportivo" xəbər verir ki, "Barselona" gələn həftə alman yarımmüdafiəçinin transferini elan edəcək.
Mənbənin sözlərinə görə, "Blauqrana” yeni transferrin qeydiyyatı ilə bağlı son detallar üzərində işləyir. Eyni zamanda klub İlkaya transfer zəmanəti verib. Romano katalonların Gündoğanı qeydiyyata almaq üçün icazə aldığını da yazıb.
"Mundo Deportivo" əlavə edir ki, almaniyalı fotbolçunu istəyən klub onun üçün 500 milyon avro ödəməli olacaq. Barçada o, ildə təxminən 10 milyon avro alacaq, Blaugrana'nın ən yüksək maaş alan oyunçuları siyahısında 7-8-ci yerləri tutacaq.
Gündoğan son İngiltərə premer-liqasının və Çenpionlar liqasının qalibidir. Başa çatan mövsümdə İlkay "Mançester Siti"nin heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, almaniyalı 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nizami Bağırov
Şərhlər