"Parlament seçkilərinin nəticələri konkret olaraq ortada yox ikən Nikol Paşinyanın səfəri rəsmi dövlət səfəri kimi qiymətləndirilə bilməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün pərdəarxası məqamlarından danışarkən deyib. Politoloq qeyd edib ki, bu görüş hər iki tərəfdə müəyyən mənada konkret maraqları ifadə edirsə, bunu içərisində erməni hiyləsi - Nikol Paşinyan hiyləsi mövcuddur:
"Bəziləri iddia edir ki, Nikol Paşinyan seçiləndən sonra ilk səfərini Rusiyaya edir və bunun özü Rusiyaya bir jestdir. Ancaq mən elə düşünmürəm. Çünki Nikol Paşinyan hələ də hökuməti formalşadıraraq rəsmi baş nazir kimi özünü parlamentdə təsdiq elətdirməyib. Ayrıca, parlament reqlamentlərinə görə, hələ öz iclaslarına başlamayıb”.
Politoloq hesab edir ki, bu rəsmi səfər olmadığı üçün də bunu Nikol Paşinyanın Baş nazir olaraq ilk rəsmi səfərinin Rusiayaya olması kimi dəyənləndirmək yanlışdır:
"Mənə elə gəlir ki, Nikol Paşinyan bununla göz aldatmaqla ilk rəsmi səfərini məhz Qərb ölkələrinə edəcək. Ola bilsin, Avropaya, ya da Avropanın hansısa ölkəsinə, hətta bəlkə Fransa və Brüsselə də səfər edə bilər. Bu, məsələnin birinci tərəfidir. İkinci - Rusiyanın maraqları konteksində olan tərəf də var ki, bu məsələlər bundan sonra yeni Ermənistan hökumətinin Rusiya ilə hansı səviyyədə münasibətlər sistemini qurmaq istəyi ilə əlaqədardır. Ona görə də düşünürəm ki, Rusiya bunu özü üçün bəlli etmək istəyir. Təbii ki, konkret Nikol Paşinyandan vədlər almaq istəyir”.
Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfər edəcək. Səfər zamanı onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.
Bahar Rüstəmli