Xəbər lenti

Baş nazir velosiped sürdüyünə görə cərimələndi
Dünya19:47 31.07.2016

Baş nazir velosiped sürdüyünə görə cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın baş naziri Kərim Məsimov velosipedlə təyin olunmayan yerdən getdiyinə görə 10605 tenge cərimə ödəyib. Qaynarinfo.Az modern.az-a istinadən bildirir ki,bu haqda o, özünün İnstaqgram səhifəsində xəbər verib.
"Cəriməyə əsas Astana-Borovoe magistralında çəkilən foto olub. Bu yolda velosipedlə hərəkət etmək olmaz", - baş nazirin şəxsi saytında bildirilir.
Məsimov qeyd edib ki, qanun və qayda hamı üçün eynidir: "Velosipedlə hərəkət edən baş nazir üçün də fərqi yoxdur".
Məsimov cərimə ödədiyini sübut etmək üçün qəbzin fotosunu da göstərib.
Qaynarinfo.Az