Xəbər lenti

Baş Polis İdarəsi Müsavatın mitinqi ilə bağlı məlumat yaydı
Siyasət14:05 18.09.2016

Baş Polis İdarəsi Müsavatın mitinqi ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Baş Polis İdarəsi Bakıda keçirilən mitinqlə bağlı məlumat yayıb. Qaynarinfo.Az həmin məlumatı olduğu kimi təqdim edir:
“Sentyabrın 18-də “Müsavat” partiyasının Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.
Qaynarinfo.Az